Yük avtomobili və "BMW" TOQQUŞDU: Ər-arvad ÖLDÜ - YENİLƏNİB

Bakının Binəqədi rayonu Xocəsən qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son durumu açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə zamanı xəsarət alan şəxs komatoz vəziyyətindədir:
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 19 fevral, saat 18:40-da Binəqədi rayonu ərazisindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcil tibbi yardım briqadası tərəfindən hadisə yerində iki nəfərin (qadın və kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
Hadisə nəticəsində ağır xəsarətlər alan 17 yaşlı şəxs isə (kişi cinsli) Kliniki Tibbi Mərkəzə (KTM) təxliyə olunub.
KTM-in Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunan yaralıya ağır kəllə-beyin travması, baş beyin əzilməsi diaqnozu qoyulub və ilkin tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib.
Yaralı hazırda komatoz vəziyyətindədir və süni ventilyasiya aparatına qoşulub", - deyə açıqlamada bildirilir.(oxu.az)
***
10:23
"Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsindən Xocəsən qəsəbəsi istiqamətində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, bir nəfər xəsarət alıb".
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli deyib.
"Hadisə 19 fevral saat 20:00-da qeydə alınıb. Belə ki, BMW markalı, 90-UC-335 dövlət nömrə nişanlı avtomobillə "Mercedes-Benz" markalı 99-UL-901 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Hadisə nəticəsində BMW markalı avtomobilin sürücüsü Şövqü Kərimov və sərnişini, həyat yoldaşı Aytac Kərimova hadisə yerində ölüblər. Digər sərnişin Nurlan Kərimov isə xəsarət alıb. Hazırda faktla bağlı araşdırma aparılır", - deyə T.Nəsirli bildirib.(oxu.az)
***
09:18
Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.
Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.
Vasif Hüseynovun idarə etdiyi "Mercedes Actros" markalı yük avtomobili ilə Şövqi Kərimovun idarə etdiyi "BMW" markalı avtomobil toqquşub.
Nəticədə minik avtomobilin sürücüsü Şövqi Kərimov və sərnişini olan həyat yoldaşı Aytac Kərimova hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Biləsuvarda yol qəzası - Yaralılar var - FOTO
Cəlilabadda AĞIR QƏZA: Dörd nəfər yaralanıb - FOTO - YENİLƏNİB
Ağdaşda qəzaya düşən qardaşların ikincisi də ÖLDÜ
Şirvanda ağır qəza: “VAZ” yük maşını ilə toqquşdu, sürücü yaralandı - VİDEO
Bakıda ağır qəza: Fikri yoldan yayınan sürücü maşını avtobusa çırpdı - VİDEO
Skuterlə qayda pozan gənc qəzaya düşdü; dişləri sındı - VİDEO
Ağdaşda AĞIR QƏZA: ÖLƏN var - YENİLƏNİB
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - ÖLDÜ - VİDEO
Qəzada yaralanan 24 yaşlı Şahin vəfat etdi - FOTO
“Tesla” qarşı yola çıxıb TIR-la toqquşdu; qadın sürücü öldü - VİDEO
Minik avtomobili yük maşınına çırpılıb: Paytaxtda qəza - VİDEO










