Yük maşını 11 avtomobili əzik-əzik etdi - Tuneldə - VİDEO

Bakıda 11 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, "Chaqman" markalı yük avtomobili digər yük maşınını və 9 minik avtomobilini əzib. Nəticədə 4 nəfər xəsarət alıb. Onlardan 3-ü bir ailənin üzvləridir. Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində minik avtomobillərindən birinin sürücüsü, 30 yaşlı Məmmədov Ruslan Firuz oğlu, digər avtomobilin sürücüsü Zeynal Zeynalov, onun həyat yoldaşı Könül Abdullayeva və 5 yaşlı qızı Nuranə Zeynalova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar respublika klinik xəstəxanasına yerləşdiriliblər. İlkin məlumat olaraq bildirilir ki, qəza yüksək sürətlə hərəkətdə olan "Chaqman" markalı yük maşınının prospektdə yerləşən tuneldə 1 yük maşını və 9 minik avtomobili ilə toqquşması nəticəsində baş verib. Qəzadan sonra ərazidə maşınların hərəkəti dayanıb. Avtomobillər ərazidən təxliyyə edildikdən sonra Ziya Bünyadov prospektində maşınların hərəkəti bərpa edilib.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO













