Yük maşını aşdı, Bakı-Qazax yolunun bir hissəsi bağlandı - FOTO - VİDEO

Bakı-Qazax yolunda qəza baş verib. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə "Qədir-Xum" restoranın yaxınlığında olub.
Buğda daşıyan yük maşınının aşması nəticəsində yolun bir hissəsi bağlanıb. Hazırda yolun açılması istiqamətində iş aparılır.
Qeyd edək ki, ötən gecə də eyni yerdə İran İslam Respublikasına məxsus TIR aşıb. Gecə qəzanın niticələri aradan qaldırılsa da, eyni yerdə növbəti dəfə qəza olub. Sürücülər qəzalara səbəb kimi Bakı-Qazax magistral yolunun "M2" hissəsinin qəzalı olmasını göstərir.
Sürücülər bildirir ki, yolun çökməsi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin düzgün təmir işləri aparmaması qəzalarla nəticələnir. Onlar AAYDA rəhbərliyini yola baxış keçirməyə və yenidən təmir etməyə çağırıblar.
***
Hacıqabulda yük avtomobilinin aşması ilə bağlı detallar məlum olub. Avtosfer.az-ın məlumatına görə, bu barədə Oxu.az-a sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hadisə bu gün səhər saat 07:30-da Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 112-ci kilometrliyində qeydə alınıb. Sürücü 1988-ci il təvəllüdlü Elvin Abış oğlu Əkbərova məxsus "Mercedes Actros" markalı yük avtomobili idarəetmədən çıxıb və aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda aşan yük avtomobilin arxa hissəsi yoldan götürülüb, ön hissəsinin götürülməsi ilə bağlı tədbirlər görülür. Yol açıqdır, hərəkətdə hər hansı problem yoxdur", - deyə məlumatda bildirilir.



Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












