Yük maşını avtomobilə çırpıldı: 2 yaralı - Salyanda

Salyanda 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Xaçmaz rayon sakini, 55 yaşlı Bahadır Hacıbaba oğlu Ağayev yolun kənarındakı bazardan alış-veriş etdikdən sonra özünə məxsus “Mersedes” markalı minik avtonobilinə oturub və yoluna davam etmək istəyib. Elə bu zaman yük maşını “Mercedes”ə çırpılıb. Nəticədə “Mersedes”in sürücüsü və salonda olan qızı, 11 yaşlı Gülsarə Bahadır qızı Ağayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra ata və qızı Travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












