Yük maşını beton körpüyə çırpıldı, 24 yaşlı sürücü faciəvi şəkildə öldü - VİDEO
Qəzalar
4 Sentyabr 2023 22:28
Oxunub 5930

Zəngilan rayonunun Ağbənd qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına əsasən, qəza sentyabrın 2-də gecə saatlarında qeydə alınıb. Görüntüdən aydın olduğu kimi, “Howo” markalı yük maşını beton körpüyə çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb sürücünün yuxusuz halda nəqliyyat vasitəsini idarə etməsi olub. Belə ki, sükanı buraxan sürücü yük maşınını körpüyə vurub. Nəticədə nəqliyyat vasitəsinin ön tərəfi tamamilə tanınmaz vəziyyətə düşüb, 24 yaşlı sürücü isə hadisə yerində keçinib.
Qeyd edək ki, Ucar rayonunun Bərgüşad kənd sakini olan Elmi adlı gənc ailənin yeganə oğul övladı olub.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













