Yük maşını bir zərbə ilə 10 maşını vurub keçdi - FOTO - VİDEO
Qəzalar
12 İyul 2024 13:35
Oxunub 544
Rusiyada 11 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Nijni Novqorodda şəhərdən çıxışda baş verib.
Bildirilir ki, yük maşını piyada keçidi yaxınlığında dayanmağa hazırlaşan avtomobilləri tam sürətlə vurub keçib.
İlkin məlumatlara görə, yol-nəqliyyat hadisəsi nəticəsində azı beş nəfər yaralanıb, onlardan ikisi yeniyetmədir.
Sosial şəbəkələrdə hadisənin qorxunc görüntüləri yayılıb.
(oxu.az)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR