Yük maşını ilə minik maşını toqquşub, yaralılar var - FOTO

Lənkəran rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. "Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Lüvəsər kəndi ərazisində qeydə alınıb. Belə ki, Goranboy rayonunun Balakürd kənd sakini, 1977-ci il təvəllüdlü Camali Alış oğlu Alışanov idarə etdiyi "Shacman" markalı 99-JL-607 dövlət qeydiyyat nömrə nişanlı yük maşını ilə hərəkətdə olan zaman, Lənkəran rayonunun Şağlakücə kənd sakini, 1973-cü il təvəllüdlü Pəhləvan Xanrza oğlu Rzayevin idarə etdiyi "VAZ-2106" markalı minik maşını ilə toqquşub.
Nəticədə minik maşınının sürücüsü və onun sərnişinləri - Lənkəran rayonunun Lüvəsər kənd sakinləri 16 yaşlı Məleykə Rafəddin qızı Talehzadə və 15 yaşlı Ulduz Teymur qızı Əliyeva müxtəlif dərəcəli bədən xasarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Xəstəxanadan "Report"a bildirilib ki, hər üç yaralanın vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində (ŞRPŞ) araşdırmalara başlanıb.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO














