Yük maşını insanların üzərinə çıxdı: 12 ölü, 48 yaralı - VİDEO

Almaniyanın paytaxtı Berlin şəhərində sürücünün yük maşınını Milad yarmarkası ziyarətçilərinin üzərinə sürməsi nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Berlin polisi öz "Twitter" səhifəsində məlumat yayıb. Bundan əvvəl 9 nəfərin öldüyü bildirilirdi. İnsident zamanı daha 48 nəfər yaralanıb, onların bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Hadisə Berlinin Braytşaydplats meydanı ərazisində baş verib. Əslən Polşadan olduğu bildirilən sürücü idarə etdiyi yük maşınını Milad bayramı ərəfəsində qurulan yarmarka ziyarətçilərinin üzərinə sürüb. İnsident Bakı vaxtı ilə dekabrın 19-u saat 23:20-də qeydə alınıb. Maşın bazar ərazisi ilə təqribən 80 metr hərəkət edib.
Polis ilkin olaraq hadisəni "hücum" kimi qiymətləndirib. Almaniyanın daxili işlər naziri Tomas de Mezyer etiraf edib ki, bir çox faktlar bunu terror aktı adlandırmağa əsas verir.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
























