Yük maşını piyadanı vurub - Bakı-Quba yolunda

Bakı-Quba yolunun rayonun Çağacuğ kəndi ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un Şimal bürosunun məlumatına görə, sərxoş vəziyyətdə yola çıxan rayonun Çiçi kəndində qeydiyyatda olan 1963-cü il təvəllüdlü Eldarov Güləli Teymur oğlu "Howo" markalı yük maşını tərəfindən vurulub.
Təcili tibbi yardım maşını ilə Quba Mərkəzi Rayon Xəstəxanasına aparılan xəstə qapalı kəllə-beyin travması ehtimallı, baş-beyin silkələnməsi, sol bud sümüyünün boynunun sınığı, ikinci mərhələdə travmatik şok, döş qəfəsinin əziyi, sol tərəf dördüncü qabırğanın sınığı diaqnozu ilə qəbul olunub. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.
Yük maşınının sürücüsü polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












