Yük maşını sərnişin avtobusuna çırpılıb - Sumqayıtda

Sumqayıtda yük maşını sərnişin avtobusuna çırpılıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb.
Sürətlə hərəkətdə olan “Shacman” markalı yük maşınının sürücüsü idarəetməni itirib. Nəticədə yük maşını əvvəlcə “Mercedes” markalı minik maşınına dəyib, daha sonra isə dayanacaqda dayanmış sərnişin avtobusuna arxadan çırpılıb. Sumqayıt-Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində 3 saylı marşrut xətti ilə hərəkət edən avtobusda qəza zamanı sərnişinlər olub. Zərbənin gücündən avtobus yanı üstə aşıb.
Hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib. Hadisə şahidlərinin sözlərinə görə, bir neçə sərnişin təcili yardım avtomobilləri ilə xəstəxanalara aparılıb. Lakin Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən bildirilib ki, onlarda qəza nəticəsində xəsarət alanların sayı və şəxsiyyəti barədə məlumat yoxdur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
















