Banner

Yük maşını sürücüsü səhv etdi; ağır qəzaya səbəb oldu - ANBAAN VİDEO

Qəzalar 4 Fevral 2026 11:36
Yük maşını sürücüsü səhv etdi; ağır qəzaya səbəb oldu - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən gün axşam saatlarında paytaxtın Heydər Əliyev prospekti “Koroğlu” metro stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib: "İlkin ehtimala görə yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsinin qabarit hündürlüyünü nəzərə almadığından “Bağırov” tunelindən keçə bilməyib. O, belə vəziyyətdə sağ kənar yola keçmək üçün təhlükəsizlik tədbirləri görmədən geriyə hərəkət edib. Hərəkətdə olan minik avtomobillərindən biri isə arxa tərəfdən ona çırpılıb".

NİİM sürücülərin nəzərinə çatdırır ki, "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın: "Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Hadisə zamanı ölən və xəsarət alan olmasa da, bu qəzadan sürücülər bir nəticə çıxarmalıdırlar".

Oxunub 386
ŞƏRH YAZ
Ad

E-mail

Şərh