Yük maşını svetoforda dayanan 4 maşını əzdi – “Qazel”ə dəyib aşdı - VİDEO
Qəzalar
3 Dekabr 2025 22:03
Oxunub 1276

İdarəetmədən çıxan yük maşını ağır yol qəzası törədib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Yeni Moskva şəhərindən baş verən hadisənin kadrları kameraya düşüb. Qumla yüklü yük maşını hərəkətdə olan zaman sürücüsünün nəzarətindən çıxıb. Əvvəlcə svetoforun qırmızı işığında gözləyən 4 maşına çırpılan yük maşını daha sonra yol kəsişməsində "Qazel”lə toqquşub. Zərbənin təsirindən yük maşını yol kənarına aşıb. Nəticədə 2 nəfər xəsarət alıb. Polis qəzanın başvermə səbəblərini araşdırır.
Sözügedən hadisənin anbaan görüntülərini təqdim edirik:
Namiq Musayev
ŞƏRH YAZ














