Yük maşını YPX avtomobilinə çırpıldı - FOTO - VİDEO
Qəzalar 22 Noyabr 2021 19:00 Oxunub 11440
Yük maşını YPX avtomobilinə çırpıldı  - FOTO - VİDEO

Bakı-Sumqayıt yolunda qəza baş verib. 

Hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb. 

İlkin məlumatlara görə, yük avtomobili ilə Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin xidməti avtomobil toqquşub. 

Hadisə nəticəsində ölən və yaralananlar yoxdur. 

Məsələ il bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Oxu.Az-a açıqlamasında hadisəni təsdiqləyib:

“Yol-nəqliyyat hadisəsi Bakı-Quba yolunun 15-ci kilometrliyində baş verib. “Tatra” markalı yük avtomobili dayanmış vəziyyətdə olan YPX avtomobilinə çırpılıb. YPX avtomobili zərbənin təsirindən yol kənarındakı dəmir arakəsmələrə çırpılıb. Yük avtomobilinin sürücüsünün verdiyi ilkin məlumata görə, qəzaya səbəb maşının əyləc sisteminin işləməməsi olub. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh