Yük maşınında 15 nəfər boğulub - Zambiyada

Qapalı yük maşınında havasızlıqdan 15 nəfər adam ölüb. Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Lusakatimes.com internet portalı məlumat yayıb. Hadisə Zambiyanın şimalında Luapula əyalətində baş verib.
Nəşrin məlumatına görə, yük maşınında olanların əksəriyyəti Somali vətəndaşları olub. Nəqliyyat vasitəsi, çox güman ki, Tanzaniyadan gəlirdi və son mənzili məlum deyildi. Görünüşə baxılırsa, hadisəyə insan alveri edən şəxslərin aidiyyəti var.
Sağ qalanlardan birinin sözlərinə görə, onları bir yük maşınından digərinə keçiriblər, ikinci maşında havalandırma sistemi olmayıb. Qapalı yük yerində ümumilikdə 50 nəfər olub. Onları lobya və yer fıstıdığı kisələrinin arxasında gizlədiblər.
Yerli sakinlər maşının yük yerinin içəridən döyəcləndiyini eşitdikdə sürücünü saxlayaraq yük yerini açmağı tələb etdiklərini bildiriblər. Hadisə yerindən qaçan sürücü qonşu Konqoda saxlanılıb.
Müxtəlif hüquq-mühafizə təşkilatlarının qiymətləndirməsinə görə, hər il dünyada 700 mindən 4 milyona qədər adam alınıb-satılır. 12 milyondan çoxu faktiki olaraq qul vəziyyətindədir.
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO










