Yük maşınları toqquşdu: xəsarət alanlar var - Siyəzəndə

Fövqəladə Hallar Nazirliyin Bakı-Quba yolunda baş verən qəza ilə bağlı məlumat yayıb. Avtosfer.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, yolun 77-ci kilometrliyində, Siyəzən rayonu ərazisində “Shacman” və “KamAZ” markalı 3 ədəd yük avtomobili toqquşub. Qəzada xəsarət alan "Shacman" markalı avtomobilin sürücüsü Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.
***
06.36
Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə magistralın 77-ci km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb. "Shacman" markalı yük maşını ilə "KamAZ" markalı iki maşın toqquşub. Qəza nəticəsində 2 nəfər xəsarət alaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirilib. Onlar Şabran rayon sakini, 1961-ci il təvəllüdlü Əliyev Ələsgər Məmmədəli oğlu və Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Ağaliyev Elman Bəyalı oğludur. Ə.Əliyevin vəziyyəti orta ağırdır, E.Ağamalıyev isə ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












