Banner

Yük tankeri qatarla toqquşdu - 50 avtomobil yandı - VİDEO

Qəzalar 21 Oktyabr 2022 23:30 Oxunub 1018
Yük tankeri qatarla toqquşdu - 50 avtomobil yandı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Meksikanın Aquaskalientes şəhərində yanacaqla yüklənmiş tanker keçiddən keçərkən qatarla toqquşub.

Avtosfer.az xəbər verir ki, tankerin partlamasına səbəb olan qəzada ətrafdakı evlər və maşınlar yanıb.  

Belə ki, baş verən yanğında 50 avtomobil və 120 evə ziyan dəyib. 3 nəfər isə  yaralanıb. 

Səlahiyyətlilər, mümkün fəlakətin qarşısını almaq üçün minə yaxın insanın təxliyyə edildiyini, çoxlu sayda yanğınsöndürən və mülki müdafiə bölməsinin bölgəyə göndərildiyini açıqlayıb.

Bölgədə fövqəladə vəziyyət elan edildiyi və qəza ilə bağlı çoxşaxəli araşdırmaya başlanıldığı bildirilib.

unikal

ŞƏRH YAZ
Ad

E-mail

Şərh