Yük və minik maşınları toqquşdu - Xəsarət alanlar var

Beyləqanda yük maşını ilə minik maşını toqquşub.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Şərq qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, "MAN" markalı yük maşını ilə "Nissan" markalı minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Xəsarət alanlar, 1978-ci il təvəllüdlü Abdullayev İlham İsgəndər oğlu və 1989-cu il təvəllüdlü Umudzadə Rəşail Şamil oğlu Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
TƏBİB-dən bildirilib ki, Abdullayev İlhama bədənin müxtəlif nahiyələrinin sıyrıqları, Umudzadə Rəşailə isə sağ dizin açıq yarası, sol dizin sınığı, bədənin müxtəfil nahiyələrinin sıyrılmış yaraları diaqnozu təyin edilib. Abdullayev İlham zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Umudzadə Rəşail isə ixtisaslı tibbi müayinə olunması üçün İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO












