Yüksək sürət ağır qəzaya səbəb oldu: 2 nəfər öldü - FOTO

Qəzalar 16 İyul 2024 18:36 Oxunub 204
Yüksək sürət ağır qəzaya səbəb oldu:  2 nəfər öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyanın Leninqrad vilayətində ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, haidsə iyulun 16-da “Skandinaviya” federal magistralının 67-ci kilometrliyinin Vıborq rayonundan keçən hissəsində qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb.

Bildirilir ki, 29 yaşlı sürücü idarəetdiyi “Niva” markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olan zaman sükan idarəetməsini itirib və yol kənarındakı beton arakəsməyə çırpılıb. Zərbənin təsirindən avtomobil deformasiyaya uğrayıb və tərsinə çevrilib.

Nəticədə sürücü və 30 yaşlı sərnişini hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanları tərəfindən araşdıarma aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh