Yüksək sürət pulunu zibil toplamaqla çıxaran şəxsi ayaqsız qoydu - VİDEO
Ailəli idi, çörək pulunu zibil toplamaqla çıxarırdı. 51 yaşlı Məmməd Əzizağa oğlu Babakişiyevin işi gecələr məişət tullantıları dolu konteynerləri zibil maşınına yükləmək idi...
Ötən gecə Afiyəddin Cəlilov küçəsində işinin başında Məmməd Babakişiyevin başına bədbəxt hadisə gəlib. Belə ki, zibil konteynerini zibil maşınına yükləyərək sürücünün maşını sürməsini gözləyib. Həmin an yüksək sürətlə hərəkət edən minik maşını onu vurub.
Klinik Tibbi mərkəzdən bildirildi ki, həkimlər onun həyatını xilas etmək üçün hər iki ayağını amputasiya ediblər.
Avtomobil qəzası nəticəsində xəsarət alan Məmməd Babakişiyevin vəziyyət ağır-stabil olaraq qiymətləndirilir. Məmməd Balakişiyevin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.
DİN-dən bildirildi ki, Xətai Rayon Polis İdarəsində hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Avtotexniki ekspertiza təyin olunub. Xətai rayon İcra Hakimiyyətindən, həmçinin Xətai rayon MİS-dən bildirdi ki, həmin şəxs Xətai rayon MİS işçisi deyil, hansısa özəl şirkətin çalışanı olub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: