Yüksək sürət və ötməni düzgün etməməyin nəticəsi - FOTOLAR

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün gündüz saatlarında Ucar-Zərdab yolunun 11-ci km-də, Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb. Oğuz rayon sakini, 1955-cü il təvəllüdlü İbrahimov Cəbrayıl Mikayıl oğlunun idarə etdiyi “Opel” markalı minik maşını ilə Ağcabədi rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Taleh Faiq oğlunun idarə etdiyi “Mercedes” markalı maşın toqquşub. Nəticədə hər iki maşın yararsız hala düşüb, sürücülər və maşınlardakı sərnişinlər xəsarət alıb. Xəsarət alanlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət və “Mercedes” markalı maşının ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO















