Yüksək sürətlə hərəkət edən “Hyundai” “Prius”u vurdu - VİDEO
Qəzalar
18 Avqust 2023 18:12
Oxunub 2474

Heydər Əliyev prospektinin aeroport yolu kimi tanınan hissəsində qəza baş verib.
Avtosfer.az-ın məlumatına əsasən, hadisə dünən günorta saatlarında cərəyan edib. Belə ki, “Toyota Prius” markalı avtomobil, “Hyundai” markalı avtomobillə toqquşub. Qəzanın baş verməsinə səbəb sürət həddinin yüksək olması bildirilir. Hadisə şahidlərinin iddiasına görə, “Hyundai” sürücüsü sürət həddini aşaraq hərəkətdə olan “Prius”u vurub. Nəticədə hər iki nəqliyyat vasitəsi sıradan çıxıb. Xoşbəxtlikdən sürücülər arasında ölüm faktı qeydə alınmayıb.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













