Yüksək sürətlə yolu dönən sürücü “TIR”ı böyrü üstə aşırdı - VİDEO
Qəzalar
5 Sentyabr 2023 21:01
Oxunub 3390

Səbail rayonunun Bibiheybət qəsəbəsində yük maşını aşıb.
Avtosfer.az xəbər verir ki, qəza dünən axşam saatlarında Gəndob dairəsi adlanan ərazidə qeydə alınıb. Videodan göründüyü kimi, “TIR” böyrü üstə aşaraq yolda tıxac yaradıb. Qəzaya səbəb sürücünün sürətlə hərəkət etməsi bildirilib. Belə ki, o yolu dönən zaman sürət həddini artırıb və idarə etdiyi yüklə dolu “TIR”ı aşırıb. Ağırlığa tab gətirməyən yük maşını sıradan çıxsa da sürücü qəzadan yüngül xəsarətlərlə yan keçməyi bacarıb.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













