Yuxulayan sürücü qəza törədib, ata və oğlu xəsarət alıb
Qəzalar
25 Oktyabr 2016 11:05

Shacman minik avtomobilinə çırpılıb
Bakıda yük avtomobili ilə minik maşını toqquşub, xəsarət alanlar var. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Qala qəsəbəsində qeydə alınıb. Burada 1965-ci il təvəllüdlü Ağayev Azər Şirməmməd oğlunun idarəetməsində olan "Peugeot" markalı avtomobillə "Shacman" markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü A.Ağayev və onun yanında sərnişin qismində əyləşən oğlu 19 yaşlı Ağayev Əfqan ağır bədən xəsarətləri alıb.
Xəsarət alan hər iki şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. A.Ağayevin vəziyyəti nisbətən ağırdır.
Qəzaya səbəb kimi "Shacman" markalı yük avtomobilinin sürücüsünün yuxulaması göstərilir.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində (RPİ) araşdırmalara başlanılıb.
Oxunub : 1252
DİGƏR XƏBƏRLƏR
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
12 Oktyabr 2026 17:00
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
12 Oktyabr 2026 13:26
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
ŞƏRH YAZ












