Yuxusuz sürücülərin törətdiyi qəzaların görüntüləri yayıldı - DYP-dən XƏBƏRDARLIQ - VİDEO

İyunun 25-i saat 07:00 radələrində, Bakı-Qazax avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində əcnəbi vətəndaşın idarə etdiyi “MAN” markalı yük avtomobili qarşıda gedən Mehman İbrahimovun idarə etdiyi “VAZ” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən M.İbrahimov idarəetməni itirərək yolun hərəkət hissəsindən çıxıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"Həmin avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində isə Vahid Allahverdiyevin idarə etdiyi “Kamaz” markalı qoşqulu yük avtomobili yoldan çıxaraq su kanalına aşıb.
Xöşbəxtlikdən insan itkisinin qeydə alınmadığı sözügedən yol-nəqliyyat hadisələrinin baş vermə səbəbləri içərisində sürücülərin diqqətinin yoldan yayınması ehtimalı yüksəkdir.
Belə ki, bu xüsusda aparılan təhlillərə görə eyni istiqamətdə, eyni zolaqda hərəkət edən nəqliyyat vasitələrinin toqquşması və ya avtomobilin heç bir əsaslı səbəb olmadan yolun hərəkət hissəsindən kənara çıxması sürücülərin yorğun, yuxusuz, yaxud idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə aludə olması faktı ilə birbaşa bağlıdır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları avtomobil idarə edərəkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır.
Dəyərli sürücülərimiz, hər birimiz qəzanın bir anda baş verdiyinin fərqindəyik. Lakin unutmayaq ki, həmin zaman kəsiyinin boşluğuna yuvarlanmamaq üçün sükan arxasında ayıq-sayıq olmaq mühüm şərtdir!", - deyə məlumatda qeyd olunub.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












