Zabit 11 əsgəri avtomobillə əzdi - DƏHŞƏTLİ VİDEO
Qəzalar
2 Dekabr 2023 17:40
Oxunub 4990

Kamçatkada hərbçi səhər yeməyinə gedən bir qrup həmkarını avtomobillə vurub, 11 əsgər yaralanıb.
Qəza dekabrın 2-də səhər tezdən Petropavlovsk-Kamçatski-Milkovo avtomobil yolunda baş verib. 27 yaşlı hərbi qulluqçu, leytenant İqor N. idarəetməni itirərək yeməkxanaya gedən bir qrup çağırışçının üzərinə sürüb.
Ümumilikdə 11 nəfər xəsarət alıb - onlardan üçü xəstəxanaya yerləşdirilib, qalanlarına isə yerindəcə həkimlər tərəfindən tibbi yardım göstərilib.
Qəza ilə bağlı materiallar İstintaq Komitəsinin hərbi istintaq idarəsinə verilib. (lent.az)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













