Zabratda “Chevrolet” polis maşını ilə toqquşdu - VİDEO
Qəzalar
7 Fevral 2023 10:00
Oxunub 694
Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəzanın videogörüntüləri sosial şəbəkədə yayılıb.
Hadisə rayonun Zabrat qəsəbəsində yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.
Belə ki, “Chevrolet” markalı avtomobillə “Mercedes-Benz” markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb, nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.
Qeyd edək ki, hadisə ötən gün baş verib.
oxu.az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR