Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verən qəza dondurma firmasına aid kiçiktutumlu yük avtomobilinin avtobusun hərəkət etdiyi zolağa çıxması səbəbindən baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq marşrut xətti üzrə daşıyıcı şirkət "Grand Bus" MMC-dən məlumat verilib.
"Hadisə nəticəsində xəsarət alan olmayıb. Aidiyyəti üzrə məlumat verilib və qəzanın səbəbləri araşdırılır", - deyə məlumatda bildirilir.
***15:18
Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət daxil olub.
Qeyd edilib ki, 198 nömrəli xətt ilə hərəkət edən sərnişin avtobusu firmalardan birinə məxsus yük maşını ilə toqquşub.
Hadisə nəticəsində yük maşınına ciddi ziyan dəyib.


Hadisə ilə bağlı aidiyyəti üzrə sorğu verilib.
Azərbaycanda ağır qəzada ölən ata və qızın FOTOSU
Təcili yardım maşınıyla tikinti materialı daşıyan sürücü qəza törətdi - VİDEO
Sumqayıtda “KIA” və “Renault” toqquşdu - VİDEO
Yola baxmadan qəfil manevr edən sürücü qəza törətdi - ANBAAN VİDEO
“Şamaxinka”dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - VİDEO
Qıc olma keçirən sürücü maşınını digər avtomobilə çırpdı – FOTO - YENİLƏNİB
Sürət həddi qəzaya səbəb oldu - Kəməri taxmayan sürücü öldü, sərnişin isə... - VİDEO
Paytaxtda ölən motosikletçinin FOTOsu - YENİLƏNİB
Yasamalda iki eyni marşrut avtobusu toqquşdu - VİDEO
Gəncədə avtobus öncə “KIA” ilə toqquşdu, sonra ağaca çırpıldı - VİDEO
Yevlaxda ağır qəzada iki nəfər öldü - FOTO












