Zaqatalada 16 yaşlı qızı avtomobil vurub

Zaqatala rayonunda 16 yaşlı qızı avtomobil vurub. Hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 132-ci kilometrliyində baş verib. 1984-cü il təvəllüdlü Vüsal Vidadi oğlu Qurbanov idarə etdiyi "VAZ-21 154" markalı avtomobillə Balakəndən Zaqatala istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən rayonun Taxtalar kənd sakini, 2000-ci il təvəllüdlü Ayşat Mikayıl qızı Qazıyevanı vurub. Ağır bədən xəsarətləri alan 16 yaşlı qız dərhal Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"a verilən məlumata görə, Ayşat Qazıyevaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












