Zaqatalada 2 maşın toqquşdu, 1 ölü, 2 yaralı

Avqustun 4-ü axşam saat 23 radələrində Zaqatala şəhəri, Azərbaycan prospektində “VAZ 2109” markalı 62 BX 341 dövlət nömrə nişanlı avtomobil ilə “VAZ 2106” markalı 08 BA 258 dövlət nömrə nişanlı avtomobil toqquşub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, qəzadan sonra xəsarət alan 3 nəfər Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Zaqatala MRX-dan bildirilib ki, yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir, digər iki yaralının vəziyyətləri isə qənaətbəxşdir.
Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.
***
Zaqatalada baş vermiş ağır yol qəzasında xəsarət alanların və ölənin adları məlum olub. Belə ki, "VAZ-2109" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində Zaqatala şəhər sakini, 1947-ci il təvəllüdlü Qulu Ağabala oğlu Raziyev, 1976-cı il təvəllüdlü Anar Tofiq oğlu Haciabdulhəlimzadə və rayonun Yuxari Tala kənd sakini, 1991-ci il təvəllüdlü Rəsul Qurban oğlu Ramazanov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, Qulu Raziyevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya yerləşdirildikdən bir neçə dəqiqə sonra ölüb.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












