Zaqatalada 58 yaşlı velosipedçi ağır xəsarət alıb

Zaqatalada 58 yaşlı velosipedçi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə oktyabrın 28-də axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisində keçən hissəsində baş verib. Rayonun Yuxarı Tala kənd sakini, 1959-cu il təvəllüdlü Müzəffər Nurullah oğlu Ramazanov idarə etdiyi velosipedlə hərəkətdə olarkən idarəetməni itirib və velosipedi yolun kənarındakı beton maneəyə vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alan 58 yaşlı M. Ramazanov Zaqatala Mərkəzi rayon Xəstəxanasına (MRX) aparılıb. MRX-dan APA-ya bildirilib ki, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Müzəffər Ramazanova açıq kəllə-beyin travması qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












