Zaqatalada ağır yol qəzası baş verib, bir ailənin 4 üzvü yaralanıb

Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir ailənin 4 üzvü yaralanıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "KamAz" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə "Mercedes"in sürücüsü 1949-cu il təvəllüdlü Adil Hacıməmməd oğlu Vəliyev və onun sərnişinləri - 1953-cü təvəllüdlü Ramazan Ərəb oğlu Balayev, 1981-ci təvəllüdlü Gülpəri Ramazan qızı Balayeva və 2016-cı il təvəllüdlü Əsrəd Ramil oğlu Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.
Bilgəhdə faciəli QƏZA: Sürücü və sərnişin öldülər
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO












