Zaqatalada avtomobil aptekə çırpıldı - FOTO

Balakən rayon sakininin idarə etdiyi avtomobil Zaqatalada aptekə çırpılıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə mayın 8-dən 9-a keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 130-cu kilometrliyində, Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib. Balakən rayon sakini Tərlan Səiddin oğlu Vəliyev idarə etdiyi “Lada-Priora” markalı, 99-FD 62 dövlət nömrə nişanlı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən qarşısına piyadanın çıxması səbəbindən idarəetməni itirib. Nəticədə maşın yolun sol kənarında fəaliyyət göstərən, Azər adlı şəxsə məxsus aptekə girib. Qəza nəticəsində xəsarət alan olmasa da, aptek binasına və maşına ciddi ziyan dəyib. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.


Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












