Zaqatalada avtomobil aşdı: 3 nəfər xəsarət alıb

Zaqatalada üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə avqustun 9-u axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayon ərazisindən keçən hissəsində baş verib. Rayonun Bəhmətli kənd sakini, 1988-ci il təvəllüdlü Cavid Qəhrəman oğlu Hacıkərimov “VAZ 2106” markalı, 62 BH 625 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itirməsi səbəbindən maşını aşırıb. Sürücü, onun həmkəndliləri olan sərnişinləri - 1987-ci il təvəllüdlü Ramiz Rasim oğlu Muradov və onun oğlu, 2008-ci il təvəllüdlü Atəş Muradov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar. Zaqatala bildirilib ki, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Ramiz Muradova ağır qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir. Digər iki şəxsin vəziyyətləri yüngül olduğundan ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












