Zaqatalada biznesmen nişan günü öldü

Zaqatalada ölümlə nəticələnən yol qəzası olub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə, saat 00:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun Zaqatala şəhəri ərazisində keçən hissəsində baş verib.
Zaqatala şəhər sakini, 1983-cü il təvəllüdlü Əhməd Nizami oğlu Həsənov idarə etdiyi “Mercedes” markalı, 10-ZS-062 dövlət nömrə nişanlı avtomobillə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yol ayrıcındakı beton maneəyə çırpıb.
Qəza nəticəsində Əhməd Həsənov aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.
Qeyd edək ki, Əhməd Həsənov Rusiyada bizneslə məşğul olub. Bir neçə gün əvvəl ailə qurmaq məqsədilə doğulduğu Zaqatala şəhərinə gəlib. Hadisə baş verən gün isə mərhumun nişan mərasimi olub.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












