Zaqatalada iki avtomobil toqquşdu

Zaqatalada minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 109-cu kilometrliyində, Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən hissəsində baş verib.
1998-ci il təvəllüdlü Zaqatala rayonu Bəhmətli kənd sakini Rəvan Vasif oğlu Muradovun idarə etdiyi “Nissan” markalı minik avtomobili ilə 1998-ci il təvəllüdlü Zaqatala rayonu Muxax kənd sakini Oruc Arif oğlu Abdullayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub.
Qəza zamanı “VAZ 2106” markalı avtomobildə olan sərnişin, 2007-ci il təvəllüdlü Zaqatala rayonu Muxax kənd sakini Əhməd Rövşən oğlu Həsilov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Xaçmazda AĞIR QƏZA: Ölən və yaralılar var
Bakıda turistləri daşıyan avtobus qəzaya düşdü: Yaralanan var
“BMW” “Qazel”ə çırpıldı, hər iki sürücü yaralandı - VİDEO
Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə dünyasını dəyişdi - FOTO
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR












