Zaqatalada KIA ilə "Opel" toqquşdu: XƏSARƏT ALAN VAR - YENİLƏNİB

Zaqatala rayonunun Danaçı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisəsi səbəbi ilə 19 iyun saat 09:20 radələrində bir nəfər (kişi) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"2001-ci il təvəllüdlü şəxsə sağ saidin açıq yarası, baş nahiyəsinin travması diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir", - deyə məlumatda bildirilir.
***
Bu gün səhər saatlarında Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə saat 09:00-da Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunda qeydə alınıb.
Məlumata görə, KIA markalı avtomobillə "Opel" markalı avtomobil toqquşub. Nəticədə "Opel" aşıb və onun sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda ağır qəzada ölən ata və qızın FOTOSU
Təcili yardım maşınıyla tikinti materialı daşıyan sürücü qəza törətdi - VİDEO
Sumqayıtda “KIA” və “Renault” toqquşdu - VİDEO
Yola baxmadan qəfil manevr edən sürücü qəza törətdi - ANBAAN VİDEO
“Şamaxinka”dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - VİDEO
Qıc olma keçirən sürücü maşınını digər avtomobilə çırpdı – FOTO - YENİLƏNİB
Sürət həddi qəzaya səbəb oldu - Kəməri taxmayan sürücü öldü, sərnişin isə... - VİDEO
Paytaxtda ölən motosikletçinin FOTOsu - YENİLƏNİB
Yasamalda iki eyni marşrut avtobusu toqquşdu - VİDEO
Gəncədə avtobus öncə “KIA” ilə toqquşdu, sonra ağaca çırpıldı - VİDEO
Yevlaxda ağır qəzada iki nəfər öldü - FOTO












