Banner

Zaqatalada yol qəzasında biri azyaşlı olmaqla, 7 nəfər xəsarət alıb

Qəzalar 29 Dekabr 2025 18:54 Oxunub 286
Zaqatalada yol qəzasında biri azyaşlı olmaqla, 7 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Zaqatalada baş verən yol qəzasında 7 nəfər xəsarət alıb. Avtosfer.az-ın məlumatına görə, xəsarət alanlardan üç nəfər bir ailənin üzvüdür. Yeni Suvagil kənd sakini, 1984-cü il təvəllüdlü Şəhmir Tevruzovun idarə etdiyi “VAZ 21010” markalı və Aşağı Tala kənd sakini, 1957-ci il təvəllüdlü Əli Qurbanovun idarə etdiyi “Opel Astra” markalı minik avtomobilləri toqquşub. “Opel Astra”nın sürücüsü Ə. Qurbanov, “VAZ 21010”nun sürücüsü Ş. Tevruzov, “Opel Astrada” olan sərnişinlər - 1984-cü il təvəllüdlü Cəmil Əliyev, 1984-cü il təvəllüdlü İlkin Pirimov, 1991-ci il təvəllüdlü Gülüstan Əliyeva, 1991-ci il təvəllüdlü Leyla Pirimova və İ. Pirimovun övladı 2021-ci il təvəllüdlü Murad Pirimov xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh