Zaqatalada "Nissan X-Trail" aşdı: 6 yaralı

Qəzalar 4 İyul 2024 10:48 Oxunub 242
Zaqatalada "Nissan X-Trail" aşdı: 6 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Zaqatalada minik avtomobili aşıb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 3-dən 4-ə keçən gecə rayonun Yuxarı Çardaqlar kəndi ərazisində baş verib.

2006-cı il təvəllüdlü rayonun Yuxarı Çardaqlar kənd sakini Sərvər Elşən oğlu Əhmədovun idarə etdiyi "Nissan X-Trail" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü S.Əhmədov, avtomobildə olan sərnişinlər, rayonun Yuxarı Çardaqlar kənd sakinləri - 2006-cı il təvəllüdlü Bilal Elşən oğlu Ərtilov, 2006-cı il təvəllüdlü Elvin İzəddin oğlu Əhmədov, 2006-cı il təvəllüdlü Muhuma Seyfəddin oğlu Məmmədov, 2008-ci il təvəllüdlü Məhəmməd Əhməd oğlu Xəlilov və 2006-cı il təvəllüdlü Murad Məmməd oğlu Yahyayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.

Yaralılardan M.Xəlilov və M.Yahyayev xəstəxananın təcili yardım şöbəsində nəzarətdə saxlanılıblar. Digər dörd nəfərin xəsarətləri yüngül olduğundan müayinə edildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

(APA)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh