Zaqatalada polis qəza törətdi - Bir nəfər öldü

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə gecə saat 01 radələrində rayonun Mazıx-Qəbizdərə avtomobil yolunda qeydə alınıb.
Zaqatala şəhər sakini, 1989-cu il təvəllüdlü Sərt Tural Mustafa oğlu idarə etdiyi “VAZ 2108” markalı, 10 KX 405 dövlət nömrə nişanlı avtomobil aşaraq yoldan 6-7 metr aşağıdakı restoranın həyətinə düşüb.
Qəza nəticəsində avtomobildə olan sərnişin, Zaqatala şəhər sakini, 1970-ci il təvəllüdlü Musayev Nemət Hizbullah oğlu yerindəcə ölüb.
Sürücü Sərt Tural isə aldığı xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
Zaqatala RMX-dan bildirilib ki, yaralının vəziyyəti yüngül olduğundan ona tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Qeyd edək ki, qəza törədən Sərt Tural Zaqatala rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO












