Banner

Zaqatalada qəza oldu - Yaralılar var - FOTO - YENİLƏNİB

Qəzalar 1 Yanvar 2026 18:13 Oxunub 396
Zaqatalada qəza oldu - Yaralılar var - FOTO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Zaqatalada iki avtomobil toqquşması zamanı xəsarət alanların kimliyi məlum olub.

Avtosfer.az xəbər verir ki, qəza  zamanı xəsarət alanlar rayonun Yuxarı Tala kənd sakinləri - “Changan” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Vahab Ziyəddin oğlu Mahmudov və “VAZ 2106” markalı avtomobilin sürücüsü Nadir Nəriman oğlu Mustafayevdir.

***17:24
Zaqatalada  iki avtomobil toqquşub, xəsarət alanlar var.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Zaqatala-Aşağı Tala avtomobil yolunda  qeydə alınıb. Hərəkətdə olan iki  minik avtomobilləri toqquşub, hadisə zamanı "VAZ 2106 "markalı avtomobilin sürücüsü və  avtomobildə olan sərnişin xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına  yerləşdiriliblər.

Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh