Zaqatalada qəza - Xəsarət alanlar var - YENİLƏNİB

Zaqatala rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı artıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, hadisə nəticəsində altı nəfər (dörd kişi, iki qadın) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən beş nəfər ambulator müalicə üçün evə buraxılıb.
Bir nəfər isə daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.
Tibb müəssisəsinin Uşaq neyrocərrahiyyə şöbəsinə yerləşdirilən pasiyentə qapalı kəllə-beyin travması, sol təpə sümüyünün xətti sınığı, sol təpə payında travmatik subdural hematoma diaqnozları təyin edilib.
Onun hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
***09:30
Zaqatalada qəza baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, oktyabrın 19-da saat 12 radələrində Zaqatala şəhəri ərazisində 30 yaşlı Rəsul Corovun idarə etdiyi “Opel” və 45 yaşlı Vüsal İsayevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və “VAZ”da olan sərnişin, 4 yaşlı uşaq xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə baglı araşdırma aparılır.
Yuxulayaraq qəza törədən sürücünün ETİRAFLARI - VİDEO
Siyəzəndə qəza: Toqquşan yük maşınları yol kənarına düşdü - VİDEO
Abşerondakı ağır QƏZANIN TƏFƏRRÜATI - VİDEO - YENİLƏNİB
Bakı-Ələt yolunda “Mercedes” və “Toyota” toqquşdu - VİDEO
Beyləqanda AĞIR QƏZA: Avtomobil beton maneəyə çırpıldı
Sükan arxasında yuxulayan sürücü dəhşətli qəzaya düşdü – VİDEO
Şəmkirdə idarəetmədən çıxan maşın beton arakəsməyə çırpıldı - VİDEO
Bakıda qəza: Avtobus 3 maşını əzib SOCAR-ın binasına çırpıldı - VİDEO - YENİLƏNİB
Ağır QƏZA: SÜRÜCÜ ÖLDÜ - FOTO - YENİLƏNİB
İsmayıllıda qəzada həlak olan iş adamının FOTOsu
Göygöldə AĞIR QƏZA: Ölən və yaralananlar var - YENİLƏNİB










