Zaqatalada toy qonaqlarını aparan avtobus aşdı: Yaralananlar var - FOTOLAR

Zaqatalada toydan qayıdan sakinlər qəzaya uğrayıb, xəsarət alanlar var. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə oktyabrın 11-i saat 23 radələrində Zaqatala-Qax avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində baş verib. Belə ki, Zaqatala rayonun sakininin idarə etdiyi “Mercedes Vito” markalı sərnişin daşıyan mikroavtobusla rayonun Muxax kənd sakininin idarə etdiyi “Hyundai” markalı avtomobil toqquşub. Qəza zamanı mikroavtobusda olan xeyli sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir. Mikroavtobusda olan sərnişinlərin rayonun Qımır kənd sakinləri olduqları bildirilir. Onlar Zaqatalada fəaliyyət göstərən şadlıq evlərindən birində keçirilən toy məclisindən evlərinə qayıdıblar. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
Zaqatala-Qax avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Belə ki, sərnişin daşıyan mikroavtobusla “Mercedes Vito” markalı sərnişin avtomobili toqquşub. Hazırda hadisə yerində araşdırma aparılır.



Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO












