Zaqatalada yol qəzası: 1 yaralı – FOTO+VİDEO

Zaqatalada iki avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzada bir nəfər xəsarət alıb. Avtosfer.az ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 110-cu kilometrliyində rayonun Əliabad qəsəbəsi ərazisində qeydə alınıb. Balakən rayon Qaravəli kənd sakini 34 yaşlı Xanlar Abdurəhmanovun idarə etdiyi "VAZ-21 011" markalı minik avtomobili Zaqataladan Qax istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkət edən və yolu dönmək istəyən Zaqatala rayon Yengiyan kənd sakini 31 yaşlı İlham Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində yaralanan sərnişin, 26 yaşlı Manaf Abdurəhmanov müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin yardım göstərilib, ambulator müalicə almaq şərtilə evə buraxılıb. Qəzanın baş verməsində hər iki tərəf bir-birini günahlandırıb. Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ















