Zaqatalada yol qəzası olub, xəsarət alan var

Qəzalar 24 Mart 2026 10:36
Zaqatalada yol qəzası olub, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Zaqatalada yol qəzası baş verib.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb. 2002-ci il təvəllüdlü Səbuhi Abdurahmanovun idarə etdiyi “VAZ 2109” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı çuxura düşüb. Qəza zamanı sürücü xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxunub : 62
ŞƏRH YAZ
Ad

E-mail

Şərh