Zaqatalada yol qəzası; xəsarət alan var - FOTO

Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 110-cu kilometrliyində, rayonun Əliabad qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Balakən rayonu, Qaravəli kənd sakini, 1983-cü il təvəllüdlü Xanlar Cəbrayıl oğlu Abdurəhmanovun idarə etdiyi 57-BL-329 dövlət nömrə nişanlı "VAZ-21011" markalı avtomobil Zaqataladan Qax istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkət edən və yolu dönmək istəyən Zaqatala rayonu, Yengiyan kənd sakini, 1986-cı il təvəllüdlü İlham Əhməd oğlu Hüseynovun sürücüsü olduğu 62-BE-961 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobili vurub. Nəticədə "VAZ-2106" yolun kənarına düşüb, sürücüsü xəsarət almayıb. Lakin "VAZ-21011"də olan sürücünün qardaşı, 1991-ci il təvəllüdlü Manaf Abdurəhmanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan"Report"a verilən məlumata görə, yaralının vəziyyəti kafidir.
Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ



















