Zaqatalada zəncirvari avtoqəza - FOTO - VİDEO - YENİLƏNİB

"Zaqatala rayonunda baş verən yol-nəqliyyat hadisəsi aprelin 22-si saat 23:00-da qeydə alınıb".
Bu məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilib.
Qeyd olunub ki, hadisə şəhərin Faiq Əmirov küçəsində baş verib.

"1986-cı il təvəllüdlü Tərlan İsayevin idarə etdiyi "Mercedes-Benz" markalı 08-BL-105 dövlət nömrə nişanlı avtomobil əvvəlcə 62-BP-303 dövlət nömrə nişanlı "Mercedes-Vito" ilə toqquşub, daha sonra isə yolun kənarında dayanan 62-BM-733 dövlət nömrə nişanlı BMW markalı avtomobilə dəyib. Nəticədə sürücü və onun sərnişini 1978-ci il təvəllüdlü Məryəm Qebeyeva xəsarət alıb. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır", - deyə məlumatda bildirilir.



Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən isə (TƏBİB) bildirilib ki, 23 aprel, saat 00:05-də yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər (biri qadın cinsli, ikisi kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
"Hər bir şəxsə zəruri tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.(oxu.az)
***
Ötən gecə Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-az-a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi magistralının Zaqatala şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Şahidlərinin sözlərinə görə, hadisə sürətlə hərəkətdə olan "Mercedes-Benz" markalı minik avtomobilinin "Mercedes Vito" mikroavtobusuna çırpılması və bundan sonra qarşıdan gələn BMW markalı maşınla toqquşması səbəbindən baş verib.
Hadisə zamanı üç nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırıldığı bildirilir.
Daha detallı məlumatlar üçün aidiyyəti qurumlara sorğu verilib.
Sürücü sükan arxasında öldü - Avtomobil obyektə çırpıldı - FOTO
Bərdədə "07" su arxına düşdü, ölən və xəsarət alan var
Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub - FOTO - VİDEO
Yük maşını piyada keçidinə çırpılıb - VİDEO
Lənkəranda AĞIR QƏZA: piyada ÖLDÜ
Masazırda AĞIR QƏZA: 26 yaşlı gənc belə xilas olundu - VİDEO
Qəzada həlak olan 4 azərbaycanlı günlər sonra dəfn edildi - VİDEO
Türkiyədə dəhşətli QƏZA: 5 ölü, 6 yaralı
Qayda pozan motosikletçi ağır qəzaya düşdü - VİDEO
İşıq dirəyi gənc oğlanın başını bədənindən qopardı – AĞIR QƏZA – VİDEO
Sabirabadda yüksək sürət qəza ilə nəticələndi – “Opel” otluğa uçdu - VİDEO










