Zaqatalada zəncirvari qəzası: 3 yaralı – VİDEO

Zaqatalada üç nəfərin yüngül xəsarəti ilə nəticələnən zəncirvari yol qəzası qeydə alınıb. Avtosfer.az ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə dünən Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. "Ford" markalı, 99 DZ 842 dövlət nömrə nişanlı mikroavtobus Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən ötmə əməliyyatı zamanı eyni anda yolun hərəkət zolağında dayanan "VAZ 2106" markalı 62 BK 826 dövlət nömrə nişanlı və əks istiqamətdə hərəkətdə olan "Opel-vektra" markalı 99 BA 291 dövlət nömrə nişanlı minik avtomobilləri ilə toqquşub.
Qəzadan sonra avtomobillərin sürücüləri - rayonun Muğanlı kənd sakini, 1976-cı il təvəllüdlü Çingiz Əhməd oğlu Məmmədov, rayonun Faldar kənd sakini, 1989-cu il təvəllüdlü Asim Yusif oğlu Sofiyev və rayonun Dağlı kənd sakini 1966-cı il təvəllüdlü Rafiq Abdulməcid oğlu Abdullayev aldıqları xəsarətlərlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.
Yaralıların xəsarətləri yüngül olduğundan onlara lazımi tibbi yardım göstərilərək, ambulator müalicə almaq şərtilə evə buraxılıblar.
Polis faktla bağlı araşdırma aparır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












