Zaqatalanın mərkəzində ot maşını aşdı: yolda hərəkət dayanıb – FOTO+VİDEO

Zaqatalada ot maşını aşıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Zaqatala şəhəri Heydər Əliyev prospektində baş verib. Zərdab rayon sakini Səbuhi Abdullayev idarə etdiyi “Kamaz” markalı 10 NP 864 dövlət nömrə nişanlı qoşqulu yük avtomobili ilə dönmə əməliyyatı edərkən maşının qoşqusu aşıb. Nəticədə qoşquda olan 250 ədəd ot bağlaması prospektdə dağılıb. Bu səbəbdən prospektdə avtomobillərin hərəkəti məhdudlaşıb. Əraziyə əlavə texnika cəlb edilərək yola dağılmış ot bağlamaları və yük maşınının qoşqusu götürüldükdən sonra prospektdə hərəkət yenidən bərpa edilib. Sürücü Səbuhi Abdullayevin bildirdiyinə görə, o daim Zaqatala və Balakənə satmaq üçün ot bağlamaları gətirir. Zaqatala şəhərinin girişindəki körpü təmirə bağlandığı üçün yük avtomobilləri üçün ayrılmış hərəkət istiqamətini dəqiq bilmədiyindən səhvən Zaqatala şəhərinə daxil olub. Sürücünün sözlərinə görə, yolu azmasına səbəb yolda hərəkəti istiqamətləndirən yol nişanlarının olmamasıdır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO















