Zaqatalaya qonaq gedən 16 yaşlı oğlanı maşın vurdu

Zaqatalaya qohumlarına qonaq gələn 16 yaşlı oğlanı maşın vurub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, iyulun 3-ü saat 21.00 radələrində rayonun Aşağı Tala kəndində Ramazan Məhəmməd oğlu Mirzəyev idarə etdiyi “VAZ 21074” markalı 57 BV 476 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən piyada, 2001-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Bəhruz Bəhram oğlu Əliyevi vurub. Yeniyetmə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Zaqatala MRX-dan bildirilib ki, Bəhruz Əliyevin müalicəsi xəstəxananın travmatologiya şöbəsində aparılır, vəziyyəti orta-stabil qiymətləndirilir. Bildirilir ki, Bəhruz Əliyev Zaqatalanın Aşağı Tala kəndində yaşayan qohumlarına qonaq gəlib. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












