Zəncirvari qəza: İdarəetmədən çıxan “KIA” 3 “VAZ”la toqquşdu - VİDEO

Qəzalar 3 Oktyabr 2024 18:27 Oxunub 156
Zəncirvari qəza: İdarəetmədən çıxan “KIA” 3 “VAZ”la toqquşdu   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xaçmazda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza bir neçə gün öncə axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “KIA” markalı avtomobil, yol kənarında dayanmış  “VAZ-2106”, “VAZ-2106”, “VAZ-2109”, “VAZ-21011” markalı maşınlarla toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə sükanı buraxan “KIA” sürücüsü “VAZ-2106” markalı maşına çırpılıb. Zərbənin təsirindən səkiyə çıxan “VAZ” digər nəqliyyat vasitələrinə dəyib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillər yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma davam edir.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh